Namizədlər müraciətlərini ilk olaraq Dairə Seçki Komissiyalarına göndərməlidir.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri qeyd edib ki, namizədlərə bunu çatdırmaq lazımdır: “Dairələr şikayətçilərin müraciətlərini hərtərəfli araşdırıb baxmalıdır. Şikayətçi dairənin qərarından narazı olsa, o zaman bizə müraciət edə bilər. Bizim bu gün təcili iclas çağırmağımızın səbəbi şikayətçilərə kömək məqsədi daşıyır”.


Şərhlər
Məzahir bəy anlamır ki,namizədlərin şikayətləri əsasən dairə seçki məntəqələrindən olur.Ona görə şikayətlərin dairə seçki komissiyasına verilməsinin mənası varmı?Məzahir bəy sadəcə vaxt uzatmaq və məsuliyyətdən kənarda qalmaq istəyini biruzə verir.Bəs bu beləmi olmalıdır?Dairə seçki Komissiyasının qanunsuz əməllərindən onların özlərinə şikayətin nə mənası? Deməli səndən sənə şikayət olur ki.bu da baş aldatmaqdan başqa bir şey deyil.Deməli MSK məsuliyyətdən qaçır.Belə halda nə etməli?Axı bu anlaşılan deyil.