“Seçki ilə bağlı daxil olan müraciətləri araşdıracağıq”.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, milyonlarla insanın iştirak etdiyi tədbirdə hansısa pozuntu baş verə bilər: “MSK hər zaman eyni prinsiplə işləyib. Bizim haqqımızda nə deyilir, nə yazılır qəti bizim üçün əhəmiyyəti yoxdur. Bizə lazımdır ki, Azərbaycan vətəndaşları görsün ki, qəbul etdiyimiz qərarlar əsaslandırılmış qərarlardır. Hansısa məntəqədə pozuntu halı ilə bağlı bizə müraciət daxil olmayıbsa, biz onunla bağlı qərar qəbul edə bilmərik. Biz işimizi yüksək səviyyədə görəcəyik.
Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bizim işimizi qiymətləndirəcək. Sosial şəbəkədə olan bütün görüntülər də araşdırılacaq. Biz nəticəyə gələcəyik. Əfsuslar olsun ki, çox vaxt beynəlxalq qurumlar, müraciət edənlər sona qədər iştirak etməkdən qaçırlar. Bu qədər kamera qarşısında danışırıq, araşdırırıq. Sabah bu sözümüzü dəyişmək olmaz. Çoxu deməsin ki, MSK-da məsələlər gizlin aparılır”.


Şərhlər
MSK Dövlət içində ayrı dövlətir ki,yazılıb deyilənlər onlara vız gəlir.Buna özbaşınalıq deyiımir7Bu boyda yekəxanalıq olar?Dövlətin qanunarı bir yana,NSK -nın öz qanunları var?
BƏS KİMƏ DƏXLİ VAR DANIŞILANLARIN ?.BİZ QAXLILAR ƏHMƏD ŞAHİDOVA SƏS VRMİŞİK NECƏ OLDU QUTUDAN BİR DƏFƏ DƏ ÜZÜNÜ GÖRMƏDİYİMİZ QAX RAYONUNDAN OLMAYAN ƏLİ MƏSİMLİ ÇIXDI 72 YAŞLI.
Məzagirin bu danışığı bu millətə tüpürmək deməkdir
azərbaycanın MSK-cındakı dəyirman bildiyini (ona tapşırılanı ) edir.amma çax-çux heç başını da qğrıtmır.Belə biabırçılıq nə qdər davan eəcəl?
Düz dəyirsən, atalar sözüdür deyir dəyirman baş ağrıdır çarx isə öz işindədir.
Hər şeyin sonu var. ...