Menu

"Elə pozuntu var nəticələrə təsir etmir" - Məzahir Pənahov

04.09.2024, 16:55
"Elə pozuntu var nəticələrə təsir etmir" - Məzahir Pənahov

“DSK-nın qərarından 3 gün keçəndən sonra bizə müraciət edilə bilər”.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 3 gün keçərsə, müraciətə baxa bilməzlər: “Görürük kənarda gedib deyirlər nə olsun 3 gün keçib, baxardılar. Amma belə deyil. Seçkidə biz bilsək ki, haradasa pozuntu var, onu dərhal müzakirə edirik. Amma kimlərsə dalaşıbsa və şikayət yoxdursa, biz buna baxa bilmərik. Bizim çəkinəcəyimiz heç bir məsələ yoxdur. Seçki günü 6478 məntəqədə seçki keçirilib. Bütün müşahidəçilər seçkini izləyib. Onların qarşısını heç kim ala bilməz. Barmaq sayı ilə sayıla biləcək məntəqədə xoşagəlməz hallarla bağlı sosial şəbəkədə yayılmışdı. Pozuntu olan şeyə biz pozuntu deyəcəyik. Amma kimlərinsə hay-küyünə görə ümumi seçkilərə kölgə salmaq olmaz. Pozuntudan pozuntuya çox fərq var. Elə pozuntu var nəticələrə təsir etmir. Amma yenə də bu pozuntu da cəzalandırılmalıdır. Amma bu hallara görə bizim çəkdiyimiz əziyyətə kölgə salmaq olmaz. Biz əziyyət çəkmişik. Seçkilər çox yüksək səviyyədə keçib”.

Şərhlər

Fizuli 2024-09-05 02:29:06

Seçki qanununun pozulma halları,topa bülleten,karusel halları ilə və həm də seçicilərin ümumi sayının cəmi 38 faizə yaxın iştirakı ilə keçirilən seçkinin nəticələri qəbul edilməzdir.seçkidə heç olmasa seçki hüququ olan vətənaşların 60-70 faizinini iştirakı təmin edilməl idi.

MSK-ya 2024-09-04 18:17:32

Məzahir bəy 37 faiz iştirak seçki baş tutdu demək olmaz!Hələ baş verən topa bülleten və karuseli nəzərə alsanız bu heç 30 faiz etmir.Seçicilərin 30 faizi ilə seçilən deputat seçicilərin halından xəbərsiz olar və xalqın işinə yaramaz!Ona görə bu qəər aşağı faizlə keçirilən seçki seçki sayıla bilməz.....30 faiz təmsilçilik işə yaramaz!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol