Rusiyada yeni səfərbərliyin keçirilməsi müzakirə olunmur.
“AzPolitika” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Vladivastokda keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Eyni zamanda o, iddia edib ki, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq, xüsusən də Ukraynada hərbi əməliyyatda iştirak etmək istəyənlərin sayı artır: "Həqiqətən, getdikcə daha çox insan müqavilə bağlamağa gəlir”.
Rusiya Müdafiə Nazirliyinin iyulun əvvəlinə olan məlumatına görə, 2024-cü ilin əvvəlindən 190 minə yaxın rusiyalı nazirliklə müqavilə imzalayıb.
“AzPolitika.info”


Şərhlər