Rusiya Prezidenti Vladimir Putin bildirib ki, "Telegram”ın yaradıcısı Pavel Durovla Bakıda görüşməyib, lakin uzun illər öncə biznes nümayəndələri ilə görüşlərdən birində onunla şəxsi əlaqə saxlayıb.
O, bunu Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
“Mən cənab Durovla uzun illər əvvəl bir dəfə Moskvada görüşmüşəm. O, sadəcə olaraq öz biznesinin inkişafı ilə bağlı planlardan danışmışdı. Mən mütəmadi olaraq biznes nümayəndələri ilə görüşürəm və belə görüşlərdən birində o da var idi. Bunun nə vaxt olduğunu xatırlamıram. O vaxtdan bəri biz bir-birimizi görməmişik və heç vaxt əlaqə saxlamamışıq. Bakıda niyə görüşməliyik ki? Onun Bakıda olduğunu da bilmirdim”, - Rusiya lideri vurğulayıb.
Rusiya prezidentinin sözlərinə görə, platformanın bəzi şəxslər və strukturlar tərəfindən müəyyən şəkildə istifadə edilməsi, onların fəaliyyəti ilə bu və ya digər dövlətlərin iqtisadiyyatına və ya təhlükəsizliyinə zərər vura biləcəyini nəzərə alaraq, bir çox ölkələrdə "Telegram"a qarşı şikayətlər olub. Ola bilsin ki, Rusiya hökumətinin də Durovla bağlı bəzi sualları ola bilər, lakin bu tipli bütün platformalar bunda günahkardır. Əgər Durova bunu edirlərsə, yəqin ki, başqaları da həbs olunmalı ya ev dustağı edilməlidir".
"Fransa hakimiyyətinin hərəkətləri mənim üçün o qədər də aydın deyil", -deyə Putin əlavə edib.


Şərhlər
Yeliseyin İran köklü şahını maraqlandıran təbii ki, nə *Teleqram*, nə də yaradıcısı Durov deyil, onların EmmMakronun özünün son illər tərs münasibət bəslədiyi rəsmi Bakı ilə hansısa doğmalılığının axtarışındadır!?