Menu

“Sammitdə mütləq Rusiya da iştirak etməlidir” - Zelenskidən Kremlə çağırış

05.09.2024, 17:12
“Sammitdə mütləq Rusiya da iştirak etməlidir” - Zelenskidən Kremlə çağırış

Kiyev öz tərəfdaşları ilə birlikdə Rusiya Federasiyasının nümayəndələrinin də dəvət ediləcəyi növbəti Sülh Sammitində müharibəyə son qoymaq üçün ətraflı plan hazırlayaraq təqdim edəcək. 

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”-a müsahibəsində deyib.

“Biz, dediyimiz kimi, birinci zirvənin kommünikesini dəstəkləyən tərəfdaşlarla birlikdə müfəssəl bir plan hazırlayacağıq”, - deyə Ukrayna Prezidenti bildirib.

Zelenski vurğulayıb ki, bu planın təqdim olunacağı növbəti sammitdə mütləq Rusiyanın nümayəndələri iştirak etməlidir: “Biz başa düşürük ki, Rusiya tərəfi olmadan bu müharibəni diplomatik yolla bitirmək çox çətindir. Bütün ölkələr bizdən xahiş etdilər ki, ikinci sammitdə Rusiya nümayəndələri də olsun. Dedik ki, olsun, hər şeyi başa düşürük, planı hazırlayıb onları (Rusiyanı-red.) çağıraq”.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2024-09-05 17:31:51

İndidə putin qağa əlini qulağın dibinə qoyaraq deyəcək,nə dediniz,mən yaxşı eşitmədim.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol