Menu

“Bu, daha geniş əməliyyatın bir hissəsidir” - Zelenski Kursk əməliyyatından danışdı

05.09.2024, 17:06
“Bu, daha geniş əməliyyatın bir hissəsidir” - Zelenski Kursk əməliyyatından danışdı

Ukraynanın Kurskdakı hərbi əməliyyatı preventiv zərbədir.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna bilirdi ki, ruslar Kursk vilayəti ilə üzbəüz Sumı vilayətində sərhədi yara bilərlər: “Əgər bu baş versəydi, Ukrayna düşməni uzun müddət dayandırmalı olacaqdı və sonra onları sıxışdırmaq üçün canlı qüvvə və silahlarda üstünlüyə sahib olmağımız lazım gələcəkdi. Bizim buna sahib olacağımız isə fakt deyil. Ona görə də biz əməliyyat kimi hazırladığımız belə bir qabaqlayıcı zərbə endirdik”.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi hərbi əməliyyat Ukrayna tərəfinin daha genişmiqyaslı planının bir hissəsidir: “Mən sizə açıq deyəcəyəm – bu, əməliyyatın bir hissəsidir. Dövlətimizin şərqində, Xarkov vilayətində, eləcə də cənubunda Rusiyanın təzyiqlərini yumşaltmaq üçün bizim nəzərdə tutduğumuz və doğru hesab etdiyimiz müxtəlif tədbirlər var. Söhbət Zaporojye və Xerson istiqamətindən, eləcə də Donbassdan gedir. Bizim üçün çox çətin olan Donbass, Pokrovsk, Toretskdən. Buna görə də əməliyyatın bir hissəsi kimi Kursk əməliyyatı fikrimizcə, düzgün addım oldu”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol