Menu

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

05.09.2024, 17:33
Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Fransanın bu gün təyin edilən yeni baş naziri Mişel Barnier 2021-ci ildə Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib.

“Report”un məlumatına görə, o zaman M.Barnier Fransada prezidentliyə namizəd Valeri Pekreslə birgə işğal altında olan Azərbaycan ərazilərində erməni separatçılarının yerləşdiyi ərazilərdə olub.

Səfər 2021-ci il dekabrın 21-23-də baş tutub. Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən M.Barnier V.Pekresin Azərbaycana qarşı bəyanatlarına şərik olub. Belə ki, Qarabağ bölgəsinə qanunsuz səfər edənlər Azərbaycandan səfirin geri çağırmalı olduğunu və rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsini təklif ediblər.

M.Barnierin bundan əvvəlki mövqeyi və hərəkətlərini nəzərə alsaq, ehtimal etmək olar ki, Makron kimi anti-Azərbaycan mövqeli prezidentin baş naziri olandan sonra iki ölkə arasında münasibətlər daha da aşağı səviyyəyə düşəcək.

Şərhlər

B.Qarabağlı 2024-09-06 09:42:48

Kremlin üçtərəfli Noyabr 2020 Sülh razılaşdırmasından sonra belə 20.09.2023 tarixinədək yuxarı-mərkəzi Qarabağımızı yalnız fransızlar deyil, R.Vardanyan kimi naməlum təbiət dağıdıcıları, sərvət oğrularından eləcə siyasətçilərə qədər KİMlər qeyri-qanuni gəlib-getməyiblər ki? Ekologiya və Təbii Sərvətlər nazirliyimizi isə buraxmadılar???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol