Menu

ABŞ bu şəxslərin yerini deyənə 10 milyon vəd edir

06.09.2024, 11:49
ABŞ bu şəxslərin yerini deyənə 10 milyon vəd edir

ABŞ-nin Merilend ştatında böyük münsiflər heyəti beş rus kəşfiyyat zabitini və onlarla işbirliyində olan şəxsləri Ukrayna hökumətinin internet saytlarını sındırmaq və fırıldaqçılıq etməkdə ittiham edib.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Polkovnik Yuri Denisov, leytenantlar Vladislav Borovkov, Denis Denisenko, Dmitri Qoloşubov, Nikolay Korçaginə, habelə onların ortaqları Amin Stiqala qarşı ittiham irəli sürülüb. Sonuncu əvvəllər hakerlik etməkdə ittiham olunurdu, indi isə ona qarşı dələduzluq ittihamı irəli sürülüb.

Prokurorluğa görə, 2022-ci ilin yanvarında hakerlər Ukrayna nazirliklərinin saytlarına hücum edərək, məlumatları oğurlayıblar və onlara “Ukraynalılar, sizin haqqınızda bütün məlumatlar açıqlanıb, qorxun və ən pisini gözləyin, gələcək!" xəbərdarlığı yerləşdiriblər.

Oğurlanmış məlumatlar, o cümlədən tibbi qeydlər müttəhimlər tərəfindən internetdə satışa çıxarılıb. Bu hadisədən cəmi bir aydan sonra Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başladı.

Ümumilikdə, haker qrupu 2021-ci ilin avqustundan ABŞ da daxil olmaqla 26 NATO ölkəsinin kompüter sistemlərini yoxlayıb. 2022-ci ilin avqustunda Mərkəzi Avropada Ukraynanı dəstəkləyən ölkənin nəqliyyat infrastrukturu sındırılıb.

Amerika şirkətinin xidmətlərindən istifadə edən hakerlər “WhisperGate” zərərli proqram təminatını yayıblar. Virus “ransomware” kimi özünü göstərdi, lakin əslində kompüterdəki məlumatları məhv etmək üçün hazırlanmış kiber silah idi.

İttiham olunların yeri və ya onların zərərli fəaliyyətləri barədə məlumat verənə on milyon dollara qədər mükafat təklif edilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol