Menu

Bayden indi də Cənubi və Şimali Koreyanı səhv saldı

06.09.2024, 12:51
Bayden indi də Cənubi və Şimali Koreyanı səhv saldı

ABŞ Prezidenti Co Bayden cümə axşamı baş tutan çıxışında Cənubi Koreya ilə Şimali Koreyanı səhv salıb. 

“AzPolitika” xəbər verir ki, xarici KİV-in yazdığına görə, Bayden kompüter çiplərinin istehsalı ilə bağlı məsləhətləşmələr üçün Şimali Koreyaya getdiyini deyib. 

Sonra səhvini düzəldib: "Mən burada kompüter çipləri fabrikləri qurmaq üçün Şimali Koreyadan… Cənubi Koreyaya və ondan kənarda bütün dünyanı gəzmişəm". 

Həmin vaxt onun çıxışı Amerika televiziyaları tərəfindən yayımlanıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol