Menu

Samuxda avtomobillər toqquşub, ölən və xəsarət alan var

08.09.2024, 00:02
Samuxda avtomobillər toqquşub, ölən və xəsarət alan var

Samux rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Hyundai" və "Lada-21015" markalı avtomobillərin toqquşması nəticəsində 1945-ci il təvəllüdlü Gilə Məmmədova dünyasını dəyişib.

Qəza nəticəsində 1948-ci il təvəllüdlü E.Əhmədov xəsarət alıb və Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol