“Ermənistan- dağlıq Qarabağ” parlamentlərarası komissiyası buraxılmalıdır, çünki ikinci tərəf artıq səlahiyyətə malik deyil.
“AzPolitika” erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bilirib.
“Düşünürəm ki, bu format ləğv edilməlidir, çünki bu qurum artıq səlahiyyətli deyil”, - Simonyan parlamentdə iclasın əvvəlində deputat Artsvik Minasyanın sualını cavablandırarkən bildirib.
Alen Simonyan deyib ki, parlamentlərarası komissiyanın ləğvi məsələsi ciddi müzakirə olunmalıdır, çünki “dağlıq Qarabağ rəsmisi artıq yoxdur və Ermənistanda başqa heç kimin belə sərəncamı yoxdur”.
Alen Simonyan həmçinin bildirib ki, “artsax”-ın İrəvandakı nümayəndəliyinin binası ləğv edilməlidir: “Özləri helikopterə minib Ermənistana qaçıb. İndi də gəliblər, burada “artsax“ nümayəndəliyinə toplaşıb günahlarını təmizləməyə çalışırlar. Amma təmizlənə bilməyəcəklər. Biz “artsax”-ın binanın mənasını da nəzərdən keçirməliyik. Hesab edirəm ki, bu bina artıq belə şeylər üçün istifadə edilməməlidir”.
“AzPolitika.info”


Şərhlər