Menu

Həbsxanalarda yer olmadığı üçün məhbusları sərbəst buraxacaqlar- Britaniyada ilginc olay

10.09.2024, 13:55
Həbsxanalarda yer olmadığı üçün məhbusları sərbəst buraxacaqlar- Britaniyada ilginc olay

Həbsxanalardakı sıxlığı azaltmaq üçün Böyük Britaniya və Uelsdə yüzlərlə məhbus vaxtından əvvəl azad ediləcək.

“AzPolitika” xəbər verir ki, Britaniya hökuməti həbsxanalarda həddindən artıq sıxlığı azaltmaq üçün nəzərdə tutulmuş planın bir hissəsi olaraq cinsi cinayətlər, ciddi zorakılıq, terrorizm cinayətləri və məişət zorakılığı ilə bağlı bəzi cinayətlər istisna olmaqla, təxminən 1750 məhbusun vaxtından əvvəl azad ediləcəyini açıqlayıb.

Belə ki, 5 ildən az müddətə azadlıqdan məhrum edilən cinayətkarlar cəzalarının yarısını deyil, 40 faizini başa vurduqdan sonra azadlığa çıxacaqlar.

Britaniay və Uels həbsxanalarının baş müfəttişi Çarli Taylor “Sky News”-a verdiyi açıqlamada cinayətkarların bu cür erkən sərbəst buraxılmasının "riskli" olacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Britaniya və Uelsdə 1991-ci ildə təxminən 40 min olan həbsxana məhbuslarının sayı hazırda 88 min 521-ə çatıb. Hazırda bu həbsxanalarda cəmi 83 nəfər üçün yer mövcuddur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol