2014-cü ildən “qlobal orqan ticarəti” mövzusunu araşdıran britaniyalı jurnalist Sean Kolumbun “The Guardian” nəşrində növbəti məqaləsi dərc olunub.
Qeyri-qanuni orqan ticarətini araşdıran Kolumbun bu məqaləsinin bir hissəsinin tərcüməsini təqdim edirik:
“Son 10 ildə mən Sudan, Cənubi Sudan və Eritreyadan olan 43 nəfərlə danışmışam ki, onlar maddi durumlarına görə, böyrəyini satan şəxslər olublar. Sığınacaq axtaran, qaçqın və ya sənədləri düzgün olmayan n şəxslər bir çox hallarda cinayətkar qrupların hədəfinə çevrilielər. İmmiqrantların çoxuna vəd edilmiş ödənişlər isə onlara verilmir. Təxminlərim orqan transplatiyasının 10%-nin qeyri-qanuni mənbələrdən gəldiyini göstərir. Ancaq real rəqəmin daha yüksək olma ehtimalı var. Pakistan, Misir, Banqladeş, Hindistan, Türkiyə, Filippin və Çin orqan alverinin əsas mərkəzləri hesab olunur. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi 2018-ci il üzrə Qlobal İnsan Alveri Hesabatında bildirib ki, İnterpolun 2021-ci il hesabatında orqan alveri ilə bağlı 700-dən çox hadisə aşkar edilib.
Son dönəmlər böyrək, buynuzlu qişalar və qaraciyər loblarına tələbatın artması diabet, hipertoniya və piylənmə kimi sözdə xəstəliklərin sürətlə yayılmasının nəticəsidir.
Həkimlər isə orqan bazarında qeyri-qanuni şəbəkələrlə sıx əməkdaşlıq içərisində olurlar. Cinayət vasitəçiləri ödəniş danışıqlarında və rəsmi görünüşlü saxta sənədlərin hazırlanmasında iştirak edirlər. Bəlkə də mənfəət üçün qeyri-qanuni transplantasiya edən cərrahlar olmasaydı, orqan alveri də olmazdı...
Dünyada qara bazarda transplantasiyanın qiyməti 20.000-200.000 dollar arasında dəyişir. Donor adətən bu məbəğin bir hissəsini alır. Aldıqları məbləğ ölkədən ölkəyə dəyişir. Məsələn, Filippində və Kolumbiyada kasıb təsərrüfat sahibləri və müqaviləli işçilər bir böyrək üçün 2000 dollardan az pul alırlar. Digər tərəfdən, İsrail və Türkiyədə böyrəklər 10 min-20 min dollar arasında satılır. Misirdə bir böyrək 5 min ilə 20 min dollar arasındadır”.
“AzPolitika.info”


Şərhlər