Menu

"Seçkilərdə qalib namizədin müəyyənləşdirilməsi baxımından problem olmayıb" - MSK sədri

12.09.2024, 18:57
"Seçkilərdə qalib namizədin müəyyənləşdirilməsi baxımından problem olmayıb" - MSK sədri

Parlament seçkilərində 125 dairədən bir əlin barmağı ilə sayılacaq dairədə xoşagəlməz hal olması iddiası olub.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bu, özü böyük nailiyyətdir: “Sosial şəbəkədə çox az dairədə xoşagəlməz hal olması iddiası olub. Biz daxil olan görüntüləri araşdırırıq. Çalışırıq ki, kiçik də olsa seçicilərin iradəsini ortaya qoymağa mane olan hal varsa, ciddi reaksiya verək. Bu ondan xəbər verir ki, prinsipcə seçkilərdə qalib namizədin müəyyənləşdirilməsi baxımından problem olmayıb”.

Şərhlər

Kirpi 2024-09-12 22:39:24

Saçın ağardı millət yolunda ay mazello. Qoza mazello

Cavad 2024-09-12 21:35:00

Məzahir bəy düz deyir.Qalib olasıların siyahisi seçkidən 20 gün əvvəl MSKya veriləndən sonra nə problem ola bilər ki? Qalırı bir saxta seçki ab havası yaratmaq .onu da məzahir bəy bacarıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol