Menu

İran XİN başçısının müavini Ermənistana gedəcək

13.09.2024, 12:35
İran XİN başçısının müavini Ermənistana gedəcək

İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Ermənistana səfər edəcək.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində məlumat verib.

Xarici işlər nazirinin müavini onu İrəvana səfərə dəvət edən erməni həmkarı Vaan Kostanyanla telefon danışığı apardığını bildirib.

M.Rəvançi səfərinin tarixini dəqiqləşdirməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol