Menu

“Heç bir prezident Putinə Tramp qədər heyran olmayıb” - Makkeyb

13.09.2024, 13:48
“Heç bir prezident Putinə Tramp qədər heyran olmayıb” - Makkeyb

Donald Tramp dövründə Federal Təhqiqat Bürosunun (FTB) ən yüksək pillələrində çalışmış Endryu Makkeyb keçmiş prezidentin Putinə heyranlığından danışıb.

O, Amerika tarixində heç bir prezidentin Putinə Tramp qədər heyran olmadığını bildirib.

“Düşünürəm ki, Donald Tramp ABŞ-da Rusiya probleminə yanaşmasını şübhə altına almaq üçün bizə çoxlu səbəblər verdi. Onun Putinlə telefon danışıqları, üzbəüz görüşləri və bütün bunların nə ilə bağlı olması vacib suallar doğurur”,-deyə o qeyd edib.

Keçmiş direktor müavini bəyan edib ki, Putin hökumətinin məqsədi xaos, parçalanma və qütbləşmə toxumu səpməkdir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol