Menu

AMEA-dan şəhidlərlə bağlı məlumatların silinməsinə reaksiya

13.09.2024, 16:50
AMEA-dan şəhidlərlə bağlı məlumatların silinməsinə reaksiya

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələrin vikipediyadan silinməsinə dair məlumata münasibət bildirib.

Qurumdan verilən açıqlamada bildirilir: "Vətən müharibəsi şəhidləri ilə bağlı vikipediyada yaradılan məqalələrin silinməsində Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən könüllü qrupların heç bir əlaqəsi yoxdur.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə bağlı məqalələrin silinməsini düzgün olmayan səhv addım kimi qeyd edir və buna təəssüfləndiyimizi bildiririk”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol