Menu

Zelenski “Qələbə Paketini” Baydenə təqdim edəcək

13.09.2024, 17:33
Zelenski “Qələbə Paketini” Baydenə təqdim edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski yaxın vaxtlarda ABŞ lideri Co Baydenlə görüşəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə Zelenski “X” platformasında paylaşımında bildirib.

Zelenski Ukraynaya sülhə doğru istiqaməti müəyyənləşdirmək üçün lazım olan gücü verəcək “Qələbə Paketini” Baydenə təqdim edəcəyini vurğulayıb.

“Rusiyanın Ukraynaya qarşı müharibəsi kimi təcavüzkar müharibələr iki yoldan biri ilə başa çatır: ya işğalçı qüvvələr qovulur, ya da diplomatiya həqiqi müstəqilliyi təmin edir”, - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol