Menu

Robert Koçaryanın işi üzrə istintaq bərpa olunacaq

13.09.2024, 19:41
Robert Koçaryanın işi üzrə istintaq bərpa olunacaq

Robert Koçaryanın işi üzrə istintaq bərpa olunacaq.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, kassasiya məhkəməsi Ermənistanın ikinci prezidenti, eləcə də KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturov və digərlərinin barəsində icraata xitam verilməsi barədə qərarı ləğv edib.

İndi işə Antikorrupsiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 2021-ci ildə Koçaryana qarşı cinayət təqibi dayandırılıb. Konstitusiya Məhkəməsi ona 2008-ci il hadisələri zamanı konstitusiya quruluşunu devirməkdə ittiham olunduğu maddəni Konstitusiyaya zidd hesab edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol