Menu

"Formula 1" pilotu Azərbaycan Qran-prisində cəzalandırılıb

15.09.2024, 09:41
"Formula 1" pilotu Azərbaycan Qran-prisində cəzalandırılıb

"Alpin" pilotu Pyer Qasli Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində cəzalandırılıb.

"Report" xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Qərarı Beynəlxalq Avtomobil Federasiyasının stüardları qəbul ediblər.

Bildirilib ki, sürücünün bolidi sıralama turunda icazə verilən yanacaq sərfiyyatını aşıb.

O, bu səbəbdən diskvalifikasiya olunub.

Qasli sıralama turunda 13-cü yeri tutsa da, əsas yarışa sonuncu-20-ci pillədə start verəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışı saat 15:00-da başlayacaq.

Şərhlər

Nazim Ağayev 2024-09-15 12:38:07

bu yarışın (əgər buna yarış demək olarsa )Azərbaycan xalqı.dövləti.gənclik üçün nə mənsı və faydası var?Əvvəla bu yarış adlandırdığınız .Azərbaycana 5-ci təkər kimi də lazım olmayan oyunda Azərbaycan vətəndaşı iştirak etmir,İkincisi xalq bununla sizin düşünüyünüz qədər maraqlanmır və günlərlə məhdudiyyətlə yaşamağa məcbur olur.üçüncüsü yarış dediyinizdən sonra xeyli müddət yığışdırma zamanına vaxt.məsrəf və əziyyət çəkilir.sonda nə qalır? imicə heç bir aidiyyəti yox.iştirakçılardan və bu tədbirdən pul qazananlardan başqa heç bir hiss qalmırBunlarıı nəzərə almağın vacibliyini diqqətə almaqla bu oyunbazlığa son qoyulmalıdır.yoz .əgər çox istəyirsinizsə o zaman Lökbatan.Nasosnu,Xırdalan sahələrində poliqon təşkil edin ki.əhali əziyyət çəkməsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol