Menu

Balakəndə qəzalı vəziyyətdə olan məktəb üçün yeni bina tikilir

15.09.2024, 17:17
Balakəndə qəzalı vəziyyətdə olan məktəb üçün yeni bina tikilir

Balakəndə qəzalı vəziyyətdə olan məktəb üçün yeni bina tikilir.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Bedağar kənd tam orta məktəbinin 2 mərtəbəli və 180 şagird yerlik yeni binası müasir standartlara cavab verəcək.

Hazırda məktəbin birinci mərtəbəsinin döşəmə hissəsinin beton üzlüyə alınması işləri həyata keçirilir.

Qeyd edək ki, məktəbin köhnə binası söküldüyündən şagirdlər müvəqqəti olaraq qonşu kənddə təhsilinə davam edəcəklər. Məktəb 1970-ci ildə tikilib və Bedağar kəndində yeganə təhsil müəssisəsidir.

Şərhlər

Yarəmməd Sevdayev 2024-09-16 09:59:38

El bir olsa, kəraməti qaya sındırar, lazım gəlsə, dağlar qurar. Balakən rayonu və Təhsil nəzirliyi heç olmazsa, beləcə bir mərtəbəli məktəbin tikintisinə Apreldə başlaya bilərdi? Rəqib informasiya hər günyanı doladığı halda, bizim məsləhət-demokratiyamız illərlə kənddən rayona, rayondan Respublikaya, oradan da dünyəvi İnhisara bənzəməyə çalışan göydələnlərə çatmırr?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol