Menu

Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb

15.09.2024, 17:43
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli binanı atəşə tutması nəticəsində azı 28 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleh Sinehubov, habelə İhor Terexov sosial şəbəkədə yazıb.

“İşğalçılar Xarkovu vurdular. Nemışlyanski rayonunda mülki infrastruktur zədələnib, hazırda üç yaralı var”, – administrasiya rəhbəri qeyd edib.

Terexov isə Rusiya ordusunun çoxmərtəbəli binaya zərbə endirdiyini açıqlayıb: “Çoxmərtəbəli yaşayış binasına zərbə endirildi. Yanğın və dağıntılar müşahidə olunur”.

Daha sonra Terexov olayda 28 nəfərin yaralandığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol