Menu

Ermənistanda təşviş: milli valyuta 10 faiz ucuzlaşıb

09.12.2014, 19:04
Ermənistanda təşviş: milli valyuta 10 faiz ucuzlaşıb

Rusiya rublunun dollar və avro qarşısında qiymətini itirməsi Ermənistanın milli valyutası drama da öz təsirini göstərib.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkənin Mərkəzi Bankının sədri Artur Cavadyan məsələ ilə bağlı çıxış edərək bəzi şəxslərin valyuta spekulyasiyaları aparmasına etirazını bildirib:

“Bəzən obyektiv ehtiyacdan yaranmayan valyuta sövdələşmələri aparılır. Bu ancaq valyuta məzənnələrində dəyişikliklərdən əlavə gəlir əldə etmək üçün edilir. Kim bunu edərsə, cəzalandırıalcaq”.

Noyabrın 24-dən bəri Ermənistan dramı dollar qarşısında dəyərini 10 faiz itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol