Menu

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il imzalanmayacaq" - The Economist

16.09.2024, 14:07
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il imzalanmayacaq" - The Economist

"Biz Azərbaycan və Ermənistan arasında 2024-cü ildə şiddətli atışmaların davam edəcəyini gözləmirik. Çünki sülh müqaviləsinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə olunub".

"APA-Economics" xəbər verir ki, bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in (EIU) ölkə ilə bağlı proqnozunda bildirilib.

EIU-nun proqnozuna görə, sülh müqaviləsi 2024-cü ildə imzalanmayacaq. Buna baxmayaraq səmərəli danışıqlar davam edəcək: "Azərbaycan və Ermənistan öz sülh müqaviləsinin şərtlərini müzakirə etməyə davam edəcək və cənab İlham Əliyev razılaşmanın şərtlərini diktə edəcək. Ermənistan Dağlıq Qarabağa iddiasından əl çəkmək üçün konstitusiyasına dəyişiklik etməli olacaq. Yalnız bundan sonra sülh müqaviləsi imzalanacaq".

Şərhlər

dadaşyev 2024-09-16 21:25:08

Azərbaycanla ermənistan arasında sülh müqaviləsi heç zaman imzalanmayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol