Menu

BP Trans-Adriatik qaz kəmərində qeyri-nəzarət payını satır

16.09.2024, 16:49
BP Trans-Adriatik qaz kəmərində qeyri-nəzarət payını satır

Azərbaycanın bir sıra neft-qaz layihələrinin iştirakçısı olab BP “Apollo” şirkətin “bp Pipelines TAP Limited” törəmə şirkətində qeyri-nəzarət payının satılması ilə bağlı razılaşmanın əldə olunması barədə elan edib.

“APA-Economics”in BP-yə istinadən verdiyi məlumata görə, razılaşmanın dəyəri 1 mlrd. dollar təşkil edir.

Qeyd olunur ki, “bp Pipelines TAP Limited” şirkəti Trans-Adriatik qaz kəmərində 20% paya sahibdir.

Bildirilir ki, sövdələşmə tamamlandıqdan sonra BP “bp Pipelines TAP Limited” şirkətinin nəzarət səhmdarı olaraq qalacaq.

Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın Avropaya nəqli üzrə həyata keçirilən enerji layihələrinin kompleks dəyər zənciri olan Cənub Qaz Dəhlizinin (CQD) Avropa qoludur. Hazırda TAP-ın səhmdarları bunlardır: BP - 20%, SOCAR (CQD) - 20%, “Snam S.p.A.” - 20%, “Fluxys” -20%, “Enagás” -20%. Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol