Menu

Latviyadan kütləvi rus köçü – İmtahan verə bilməyənlər ölkədən çıxarılır

16.09.2024, 16:55
Latviyadan kütləvi rus köçü – İmtahan verə bilməyənlər ölkədən çıxarılır

Latviyada daimi yaşayan, ancaq latış dili imtahanını verə bilməyən etnik rus vətəndaşlara 30 gün ərzində ölkəni tərk etmək, ya da deportasiya ilə üzləşəcəkləri haqqında məktublar gəlməyə başlayıb.

Məktubları Latviya miqrasiya xidməti göndərir. Məktubun ünvanlandığı şəxslərsə Latviyaya sovet dönəmində gələn, çoxunun yaşı 60-ı aşan, Latviya müstəqillik qazandıqdan sonra Latviya pasportu almamağı seçən, əvəzində Rusiya vətəndaşlığı alan keçmiş SSRİ vətəndaşlarıdır. Onlar Latviyada daimi yaşayış icazəsi ilə yaşayırlar. Ancaq bir qayda olaraq, latış dilində danışmır və latış mədəniyyətinə maraq göstərmirlər.

2022-ci ildə Rusiya Ukrayna üzərinə tammiqyaslı hücuma başlayandan bəri Latviya parlamenti miqrasiya qanununa düzəliş edib. İndi Rusiya pasportu daşıyan şəxslər Latviyada yaşayış icazələrini uzatmaq üçün latış dilini gündəlik danışıq səviyyəsində bildiklərini təsdiqləməlidirlər. Ancaq Latviyada yaşayan rusların bir çoxu bu imtahanı keçməyib. Bəziləri bu yaşda xarici dil öyrənməyin çətinliyindən şikayətlənir, digərləri də, sadəcə, bunu etməkdən boyun qaçırır.

Müxtəlif qaynaqlara görə, mindən çox rus bu imtahandan kəsilib. Latviya qanununda deyilir ki, imtahan verilməsə, Latviyada yaşayış icazəsi (o cümlədən daimi yaşayış icazəsi) ləğv olunur və həmin şəxs ölkədə qanuni yaşamaq imkanını itirir. Son 12 ayda Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsi (PMLP) belə insanların ölkədən çıxmasına 63 order verib.

Latviya rəsmiləri doqquz halda insanları ölkədən zorla deportasiya ediblər. İmtahandan kəsilən daha 632 nəfərsə PMLP-nin orderini gözləmədən ölkəni könüllü tərk edərək Rusiyaya gedib.

Daha min nəfərədək adam havadan asılı qalıb. Bunlar heç vaxt dil imtahanı verməyən, yaxud Latviyada daimi yaşayış icazələrinin uzadılması üçün sənəd təqdim etməyən şəxslərdir. PMLP onların bu addımı atmamalarının səbəbini açıqlamalarını gözləyir.

Latviya sakinlərinin 63 faizi özünü latış, 23 faizi rus, 3 faizi ukraynalı, 3 faizi Belarus, 2 faizi polyak sayır. 2022-ci ilin rəsmi bilgilərinə görə, ölkə sakinlərinin 62 faizi evdə latış, 35 faizi isə rus dilində danışırlar.

“AzPolitika.info”

Şərhlər

ƏNHU 2024-09-16 21:28:27

Bizdə isə 3 qan c..q peyda olub. Düşüblər sosial şəbəkələrin canına. Deyirlər ki, guya Gəncə, Sumqayıt və Mingəçevir şəhərlətində əhali rus-dilində danışır. Rus mədəniyyətilə yaşayır.. Guya toylarda qadınlar da kişilərlə birlikdə araq içir.Gəlinlə bəy öpü..r. Bu üç qanc.ğın eyni yerdən təlimat aldıqları şübhəsizdir. Çünki üçü də eyni şeyi eyni cür deyir. Adıgedən şəhərlərimizi tərifləməklə dolayısı ilə müharibədən qaçan on minlərlə ac rusa ölkəni hədəf edir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol