Menu

“Zalujnı Kursk əməliyyatının əleyhinə olub” - “Lakin Zelenski israr edib”

17.09.2024, 14:31
“Zalujnı Kursk əməliyyatının əleyhinə olub” - “Lakin Zelenski israr edib”

Ukraynanın bəzi yüksək səviyyəli ordu komandirləri Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyata etiraz ediblər. 

“AzPolitika” xəbər verir ki, bunu “Politico” nəşri yazıb.

Qəzet adının açıqlanmasını istəməyən iki yüksək rütbəli Ukrayna hərbçisinə istinadla yazır ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə bu ilin əvvəlində Rusiya Federasiyasına hücum məsələsini qaldırıb və bunda israr edib.

Buna qarşı çıxanlar arasında Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı da olub. Bildirilir ki, onun Kursk əməliyyatına etirazı Rusiya sərhədini yardıqdan sonra “ikinci addımın” nə olacağının müəyyən edilməməsi ilə bağlı olub.

Rəsmilərdən birinin sözlərinə görə, Zalujnı bu məsələ ilə bağlı Zelenskidən dəqiq cavab almayıb və əməliyyatı avantüra hesab edib.

“AzPolitika.info”

Şərhlər

Kamil. 2024-09-17 17:00:03

Hər ikisinin başı deyil,bunu natonun ukrayniyadakı nümayəndələri edib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol