Ermənistanın Baş nazirinin keçmiş müşaviri, “Alik Media” media qurumunun yaradıcısı, Nikol Paşinyanın keçmiş müşaviri Arsen Xaratyan Gürcüstana buraxılmayıb.
“AzPolitika” xəbər verir ki, Xaratyan bir neçə saat hava limanında saxlanılıb.
Həmin vaxt Tbilisi aeroportunda olan Xaratyanın dostlarından biri yerli mətbuata deyib ki, Xaratyan səhər saat 4-də Lüksemburqdan Tbilisiyə qayıdarkən saxlanılıb. Gürcüstanın Daxili İşlər Nazirliyi səbəblər göstərilmədən ona Gürcüstana girişinin qadağan olunduğunu bildirib.
“Aeroportda iki saat bağlı qaldıqdan sonra polis otağa daxil olub dedi ki, mən Gürcüstana daxil ola bilmərəm. “Gürcüstanın qanunvericiliyində nəzərdə tutulmuş digər hallar” yazılan kağızdan başqa heç bir izahat verilməyib”, - Xaratyan “Facebook”-da yazıb.
Arsen Xaratyan 2018-ci ildə Baş nazir Nikol Paşinyanın xarici əlaqələr üzrə müşaviri olub.
”AzPolitika.info”


Şərhlər