Menu

Aİ-nin Ukraynaya ümumi yardımı 118 milyard avroya çatıb

17.09.2024, 17:24
Aİ-nin Ukraynaya ümumi yardımı 118 milyard avroya çatıb

Avropa İttifaqı (Aİ) Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis AB və üzv ölkələrin Ukraynaya etdiyi yardımın ümumi məbləğinin 118 milyard avroya çatdığını və dəstəyin yeni dövrdə də davam edəcəyini bildirib.

O, AB-nin bu ölkəyə hərbi və maliyyə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Bu məbləğin 43,5 milyardının hərbi yardımdan ibarət olduğunu bildirən Dombrovskis, Aİ-nin qışın sonuna qədər daha 15 min Ukrayna əsgərinə təlim keçməyi hədəflədiyini bildirib.

Dombrovskis qeyd edib ki, bununla da Aİ-nin öz ərazisində təlim keçdiyi ukraynalı əsgərlərin sayı 75 minə yüksələcək.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol