İsrailin hücumlarını davam etdirdiyi Qəzzada həlak olan mülki vətəndaşların sayı 41 min 252-yə yüksəlib
"AzPolitika" xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda daha 26 fələstinlinin həyatını itirdiyi, 84 nəfərin isə yaralandığı bildirilib.
"AzPolitika.info"


Şərhlər