Menu

İsrailin Livanda törətdiyi terror aktının yeni detalları - Peycerlərə partlayıcı harda yerləşdirilib?

18.09.2024, 10:52
İsrailin Livanda törətdiyi terror aktının yeni detalları  - Peycerlərə partlayıcı harda yerləşdirilib?

İsrailin “Mossad” kəşfiyyat xidməti dünən baş verən partlayışlardan aylar əvvəl Livanın “Hizbullah” qruplaşmasının sifarişi ilə Tayvan istehsalı olan 5000 peycerin içərisinə az miqdarda partlayıcı yerləşdirib.

Bu barədə Livandakı təhlükəsizlik xidmətinin əməkdaşına istinadən məlumat yayılıb. İsrailin törətdiyi yeni terror aktı İranın Beyrutdakı səfiri də daxil olmaqla, doqquz nəfərin ölümü və təxminən 3000 nəfərin yaralanması ilə nəticələnib..

İranın dəstəklədiyi “Hizbullah” hərbçiləri partlayışlarla bağlı şərh verməkdən imtina ediblər. Ancaq İsraildən qisas alacaqlarını bəyan ediblər.

Bir neçə mənbənin məlumatına görə, terror aktının hazırlanmasına aylarla vaxt sərf olunub.

Livandakı mənbələr “Hizbullah”ın Tayvanda yerləşən “Gold Apollo” şirkətinə 5000 səs siqnalı sifariş etdiyini və yazda ölkəyə gətirildiyini deyir.

Peycerlər simsiz olaraq mətn mesajları qəbul edə və göstərə, lakin telefon zəngləri edə bilməyən texnologiyadır. Qrupun əməliyyatları ilə tanış olan iki mənbə bir xəbər agenyliyinə bildirib ki, “Hizbullah” döyüşçüləri İsrailin izləməsindən yayınmaq üçün peycerlərdən aşağı texnoloji rabitə vasitəsi kimi istifadə edib.

Livandakı mənbə cihazlara İsrailin casus xidməti tərəfindən istehsal prosesi zamanı müdaxilə edildiyini deyib: “Mossad”, kodu qəbul edən partlayıcı materialı olan cihazın içərisinə lövhə vurub. Bunu hər hansı bir vasitə ilə aşkar etmək çox çətindir. Hətta istənilən cihaz və ya skanerlə belə”.

Mənbə bildirib ki, peycerlərdən 3000-də onlara kodlu mesaj göndərildikdə eyni zamanda partlayıcılar işə düşüb.

Başqa bir təhlükəsizlik mənbəsi bildirib ki, yeni peycerlərdə üç qrama qədər partlayıcı gizlədilib və onlar aylardır “Hizbullah” tərəfindən aşkar edilməyib.

İsrail medianın sorğusuna cavab verməyib.

Partladılmış peycerlər Taypeydə yerləşən “Gold Apollo” tərəfindən hazırlanmış peycerlərə uyğun gəlir.

ABŞ hökumətinin Yaxın Şərq üzrə milli kəşfiyyat zabitinin keçmiş müavini Conatan Panikoff deyib ki, bu, “Hizbullah”ın onilliklər ərzində yol verdiyi ən böyük əks-kəşfiyyat uğursuzluğu olacaq.

Bu arada “Gold Apollo” şirkətin təsisçisi Hsu Çinq-Kuanq jurnalistlərə bildirib ki, onun şirkəti Livanda partlayışlarda istifadə edilən peycerləri istehsal etməyib.

O, partlayışda istifadə edilən peycerlərin Tayvan firmasının brendindən istifadə etmək hüququna malik Avropadakı bir şirkət tərəfindən hazırlandığını deyib.

SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol