Gələn həftənin əvvəlində VII çağırış Milli Məclisin ilk iclası keçiriləcək. Bu barədə “AzPolitika”-ya məlumatlı mənbələrdən informasiya daxil olub.
Qeyd edək ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.
Mənbə bildirib ki, həftə ərzində Məhkəmənin nəticələri təsdiq edəcəyi gözlənilir.
Xatırladaq ki, MSK 1995-ci ildən bəri ilk dəfə 125 dairə üzrə nəticələri təsdiq edib və heç bir dairədə nəticələri ləğv etməyib.
“AzPolitika.info”


Şərhlər