Menu

Ruisyanın “trol fabrikləri” Harrisi necə gözdən salır? – “Microsoft” faktlar açıqladı

18.09.2024, 14:35
Ruisyanın “trol fabrikləri” Harrisi necə gözdən salır? – “Microsoft” faktlar açıqladı

Kremlə bağlı olduğu iddia edilən “trol fabrikləri” ABŞ prezidentliyinə namizəd Kamala Harrisi gözdən salmaq məqsədi daşıyan saxta videolar yayır.

“AzPolitika” xəbər verir ki, bu barədə “Microsoft”-un yeni hesabatında deyilir.

“Microsoft” qeyd edir ki, rus trolları avqustun sonunda, ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki yarışını tərk etməsindən bir ay sonra fəallaşıb. Hesabatda iki trol qrupunun adı çəkilir – “Storm-1516” və daha yeni “Storm-1679”.

“Storm-1516” Kamala Harris haqqında hər biri milyonlarla baxış toplayan iki saxta video hazırlayaraq yayıb. Birinci videoda, başlıqdan göründüyü kimi, “Harrisin tərəfdarları rəqibi Donald Trampı dəstəkləyən mitinq iştirakçısına hücum edir”, ikinci səhnələşdirilən videoda isə gənc qız 2011-ci ildə Harrisin onun üstünə qaçdığını və onu iflic vəziyyətinə saldığını iddia edir. Trollar videonu saxta videoların dərcindən bir neçə gün əvvəl yaradılmış media orqanı kimi maskalanan internet saytında yayımlayıblar.

“Storm-1679” qrupu Harrisin siyasəti haqqında iki saxta video da hazırlayıb. Onlardan birində Nyu-Yorkda saxta kampaniya mesajı olan reklam lövhəsi göstərilir: "Amerikada minlərlə uşağın cinsiyyət orqanı kəsilməyi gözləyir. Harrisə səs verin! O, istəsəniz də, istəməsəniz də uşaqlarınıza pulsuz cinsiyyət dəyişdirmə əməliyyatı vəd edir. Yox, gəlin oğlanları yenidən qız edək!" Video dörd saat ərzində X sosial şəbəkəsində yüz mindən çox baxış toplayıb.

“Microsoft” noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkiləri ərəfəsində Kreml yönümlü “trol fabrikləri”nin – yeni və köhnə – süni intellektdən istifadə də daxil olmaqla, səhnələşdirilmiş videolar yaymağa davam edəcəyini gözləyir. Hesabatda İran və Çindəki “trol fabriklərinin” oxşar fəaliyyətindən də bəhs edilir.

“AzPolitika.info”

Şərhlər

Bitərəf Vəkilov 2024-09-18 23:18:11

Demokrat qadına etinasız münasibət doğrudanda D.Trampın bir sıra dairələrdə nüfuz sahibi olduğunu təsdiq edir!? Keçmiz zamanda da AB Ştatları seçicilərinin 86%i demokrat namizədə səs verdiyi halda həmin dairə son nümayəndələr palatasından respublikaçı namizədi prezident etməmişdimi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol