Menu

Rumıniya ABŞ-dən 44 amfibiya maşını almaq niyyətindədir

19.09.2024, 00:03
Rumıniya ABŞ-dən 44 amfibiya maşını almaq niyyətindədir

Rumıniya ABŞ-dən 44 amfibiya maşını almaq niyyətindədir. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirlik AAV-7 tırtıllı amfibiya-hücum maşınlarının alınması üçün ölkə parlamentinə müraciət edib.

Texnikanın alınması üçün ABŞ Dəniz Piyadaları Korpusu ilə müqavilə bağlanmalıdır.

Bildirilir ki, təchizat Rumıniya ordusunun 2040-cı ilə qədər transformasiyası proqramının icrası çərçivəsində həyata keçirilir.

Müraciətə parlamentin sentyabrın 23-də keçiriləcək plenar iclasında baxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol