Menu

“Krım BMT-nin nəzarətinə verilsin” - Polşadan yeni təklif

19.09.2024, 11:23
“Krım BMT-nin nəzarətinə verilsin” - Polşadan yeni təklif

Rusiya tərəfindən işğal edilmiş Krım orada “ədalətli referendum” keçirilməsi üçün BMT-nin mandatı altına verilə bilər. 

“AzPolitika” xəbər verir ki, bunu Polşanın Xarici İşlər naziri Radoslav Sikorski Kiyevdə keçirilən beynəlxalq tədbirdə təklif kimi irəli sürüb.

Onun sözlərinə görə, Krım yarımadası Vladimir Putin üçün simvolik məna daşıdığı kimi, Ukrayna üçün də strateji əhəmiyyət kəsb edir. Ona görə də nazirin fikrincə, Krımın silahsızlaşdırılması həyata keçirilmədən Kiyev və Moskva sülhlə bağlı razılığa gələ bilməyəcəklər.

Bununla belə, Sikorskinin sözlərinə görə, hər iki tərəf istəsə, həll yolu tapıla bilər. Nazir qeyd edib ki, BMT-nin nəzarətində olacaq Krımda “ədalətli referendum” 20 ildən sonra keçirilə bilər.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2024-09-19 12:13:06

Bəyəm BMT-ı ABŞ-ın " jeki "deyil?.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol