Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində aşağı templə də olsa irəliləməyə davam edir. Eyni zamanda, ukraynalılar Donetsk vilayətindəki Pokrovsk istiqamətindəki bəzi əraziləri geri alıblar.
“AzPolitika” xəbər verir ki, Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.
Məlumatda qeyd olunur ki, işğalçı ordu Xarkov vilayətində, Svatovo, Seversk və Çasov Yar yaxınlığında bir qədər irəliləyib.
Ukrayna qüvvələri isə Kursk bölgəsində, xüsusən də Vesyolunun şərqində irəliləyiş əldə edib. Onlar həmçinin, Kursk vilayətindəki platsdarmın şimal hissəsində irəliləyib və sentyabrın 19-da bu ərazidə hücumu davam etdirib.
Ukrayna qüvvələri Lyubimovka, Obuxovka (Korenevonun cənub-şərqi və Snaqostun şərqi), Kremennoye (Korenevonun şərqi) və Borki (Sudjanın cənub-şərqi) yaxınlığında hücuma keçib.
Həmçinin, sentyabrın 19-da çəkilmiş əlavə peyk görüntüləri Ukrayna PUA-larının endirdiyi zərbədən sonra Tver vilayətindəki böyük hərbi anbarda yanğının hələ də davam etdiyini göstərir.
“AzPolitika.info”


Şərhlər