Məlum olduğu kimi, Rusiyanın son kütləvi raket hücumu zamanı Ukrayna bir “F-16” təyyarəsini və təcrübəli pilotunu itirib. Hələlik qəzanın rəsmi səbəbləri açıqalnmasa da, müxtəlif versiyalar irəli sürülməkdədir.
“AzPolitika” xəbər verir ki, “Breaking Defence” layihəsi ukraynalı pilot Aleksey Mesin həlak olduğu “F-16” qəzasının bəzi təfərrüatlarıyla bağlı məlumatlar əldə etdiyini bildirib.
Bununla bağlı məlumatda qeyd olunur ki, Ukrayna “F-16”-sı vurulmuş Rusiya raketinin qalıqlarının təyyarəyə dəyməsi nəticəsində qəzaya uğrayıb. Nəşr öz mənbələrinə istinadla qeyd edir ki, əsas versiya “F-16”-nın vurulmuş Rusiya raketinin qalıqlarından ibarət buludun arasından təsadüfən uçmasıdır: "Məhv edilmiş raketin fraqmentləri “F-16”-nın mühərrikinə və digər hissələrinə ziyan vura və yaxud pilotun ölümcül yaralanmasına səbəb ola bilərdi."
Nəşr göstərir ki, əvvəlki presedentlər nəzərə alınmaqla bu versiya ən çox ehtimal olunan versiyadır. Belə ki, Ukrayna eyni səbəbdən artıq dörd qırıcısını itirib. Bunlar iki “MiQ-29” və iki “Su” təyyarəsi olub.
“AzPolitika.info”


Şərhlər