Menu

“Kursk əməliyyatı buna görə lazım idi...” - Hərbi analitik açıqladı

21.09.2024, 12:42
“Kursk əməliyyatı buna görə lazım idi...” -  Hərbi analitik açıqladı

“Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı Rusiya ordusunun cəbhədə planlaşdırdığı 2-3 əməliyyatının icrasına imkan vermədi”.

“AzPolitika” xəbər verir ki, bunu hərbi analitik Aqil Rüstəmzadə bildirib.

Ekspert qeyd edir ki, Rusiya Ukraynanın müdafiəsini yarmaq üçün bütün hücum potensialını 2-3 istiqamətə cəmləşdirib: “Sumı bölgəsində də hücum olacaqdı. Lakin Kursk əməliyyatı bütün bunların qarşısını aldı. Rusiya təcili olaraq planlarını pozmalı, Ukrayna hücumunu qarşısını almaq üçün qüvvə və resurs ayırmalı idi. Təbii ki, bu addımlar onun hücum potensialını zəiflədir”.

A.Rüstəmzadə vurğulayır ki, döyüşlər hələ də davam edir, amma rus ordusu məqsədlərinə çata bilməyib.

“Yaxın iki həftədə buna nail olacağı ehtimalı azdır. Sursat anbarları partladılmağa davam edəcəksə, deməli payız boyu mövqe döyüşlər davam edəcək”, - ekspert bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol