Menu

"Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır" - Andrey Sibiqa

21.09.2024, 15:41
"Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır" - Andrey Sibiqa

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə hücumlar etməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə Andrey Sibiqa “X” platformasındakı paylaşımında bildirib.

Bu obyektlərin zədələnməsi qlobal nəticələrə səbəb olan nüvə qəzası riskini artıracaq. Xüsusi xidmətlərimiz bu məlumatları tərəfdaşlarımıza ötürüb, eləcə də Beynəlxalq Enerji Agentliyinə məlumat verilib” - deyə o, paylaşımında bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol