Fransa polisinin xüsusi qrupu ölkənin dənizkənarı ərazisi Martinikdə etirazların yatırılmasına cəlb ediləcək.
“Report” xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
"Şəhər iğtişaşlarına qarşı mübarizədə ixtisaslaşmış CRS 8-dən olan polis əməkdaşları da Martinikə göndəriləcək. Onlar sentyabrın 21-də axşam Fransadan çıxacaqlar", - telekanal polis mənbələrinə istinadən bildirib.
Qeyd edək ki, Fransa idarəçiliyinə qarşı Martinikdə də etirazlar başlayıb. Fransa hökuməti Yeni Kaledoniyada olduğu kimi Martinikdə də komendant saatı tətbiq edib.


Şərhlər
Fransa niyə demokratiyanı boğur Martinikdə?Xalqların öz müqəddəratını təyin etmək hüququ yoxdurmu yəni?Niyə ATƏT-in Minsk qrupuyla həll etmir bu işi?