Menu

Norveç şirkəti hidrogenin Almaniyaya ixracı ilə bağlı fikrini dəyişib

22.09.2024, 18:08
Norveç şirkəti hidrogenin Almaniyaya ixracı ilə bağlı fikrini dəyişib

Norveçin “Equinor” qaz şirkəti layihəni çox bahalı və tələbatı qeyri-kafi hesab etdiyi üçün Almaniyaya hidrogen ixrac etmək planlarından imtina edib.

“Report” xəbər verir ki, bu barədə “Berliner Zeitung” məlumat yayıb.

Nəşr qeyd edib ki, “Equinor” 2022-ci ildə Almaniyanın “RWE” şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən dünyada ilk dəfə hidrogen dənizi keçən boru vasitəsilə Almaniyadakı elektrik stansiyalarına tədarük edilməli idi.

“Equinor”un sözçüsü Maqnus Frants Eydsvoldun sözlərinə görə, şirkət ilkin mərhələdə layihədən imtina etmək qərarına gəlib. Onun fikrincə, belə bir həll mümkünsüzdür. Nəşrin mənbəsi qeyd edib ki, bu qərar Almaniyanın iqtisadiyyat naziri Robert Habek üçün sürpriz olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol