Menu

Sabunçu rayonunda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alan var

23.09.2024, 00:55
Sabunçu rayonunda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alan var

Bakının Sabunçu rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, xəsarət alan var. 

"Report"un məlumatına görə, sərnişin avtobusu hərəkətdə olarkən minik avtomobili ilə toqquşub.

Hadisə zamanı avtobusun sərnişini 62 yaşlı Hüseynova Vera İsmayıl qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı fəqərə sütununun travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol