Menu

“O, Rusiyanın göstərişi ilə hərəkət edir” - ABŞ İvanişviliyə sanksiya tətbiq edəcək

23.09.2024, 09:44
“O, Rusiyanın göstərişi ilə hərəkət edir” - ABŞ İvanişviliyə sanksiya tətbiq edəcək

ABŞ Gürcüstanın Rusiya ilə əlaqələrinin möhkəmləndirilməsi və ölkənin demokratik yoldan çıxmasındakı təşkilatçılığına görə ölkənin keçmiş baş naziri Bidzina İvanişviliyə qarşı sanksiyalar hazırlayır.

“AzPolitika” xəbər verir ki, bu barədə “Amerikanın Səsi” ABŞ administrasiyasındakı mənbələrinə istinadla məlumat yayıb.

Mənbələr bildirirlər ki, İvanişvilinin hərəkətləri Rusiyanın maraqlarını təşviq edir və Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmaq istəklərini sarsıdır: “Bizdə məlumat var ki, İvanişvili rus oliqarxları ilə münasibətləri inkişaf etdirmək üçün addımlar atıb və Rusiyanın Gürcüstan bazarına çıxışını asanlaşdırıb. Üstəlik, o, Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edib”.

Xatırladaq ki, 1990-cı illərdə Rusiyada sərvət qazanan 68 yaşlı milyarder İvanişvili 2013-cü ildə rəsmən siyasətdən getməsinə baxmayaraq, özünün hakim “Gürcu arzusu” partiyası ilə Gürcüstan siyasətinə böyük təsir göstərməkdə davam edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol