İqtisadi sahədə bu ilin göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda 7 faiz olub.
"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.
Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını deyən dövlət başçısı qeyd edib: “Onu da bildirməliyəm ki, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq”.


Şərhlər
Minimum aldadıcı göstərici olduğu hamıya aydındır.Misal: Normal insanın pensiyası 350-450 manat.amma priveligiya əsassız tətbiq edilənlər 1000-2000 manat aldıqlarını nəzərə alsaq minimum məfhumunun aldadıcı olduğu aşkar olar.Ona görə pensiya.maaş artımı minimum göstəriciyə görə yox.həqiqi ,mövcud
təyin olunan məbləğlırə görə hesablanmalıdır.