Rusiyanın NATO ilə real qarşıdurmada qalib gəlmək şansı yoxdur.
“AzPolitika” xəbər verir ki, bunu Kremlə yaxın hərbi ekspert Mixail Xodaryonok Vladimir Solovyovun verilişində deyib.
O, qeyd edib ki, NATO ölkələrinin Rusiyanın hərbi-iqtisadi imkanları ilə müqayisə olunmayacaq qədər güclü potensialı var və buna görə də onunla nüvə silahından istifadə etmədən müharibə aparmaq mümkün deyil: “Bütün mövqelərdə NATO-nun bir neçə dəfəlik üstünlüyünü nəzərə alsaq, bizim tərəfimizdən hər hansı bir hərbi qarşıdurma son dərəcə səmərəsiz olacaq. Ona görə də NATO ilə istənilən qarşıdurma yalnız nüvə silahı ilə mümkündür. Başqa variant sadəcə, yoxdur”.
Onun dediyinə görə, “müharibənin əsas qanunu” deyilən bir konsepsiya var və orada deyilir ki, silahlı mübarizənin gedişatı və nəticəsi tərəflərin hərbi-iqtisadi potensialının məcmusu ilə müəyyən edilir: “Ancaq əgər NATO hərbi təşkilatı bizdən bəzi göstəricilərə görə, hətta iki-üç dəfə üstündürsə, o zaman bizim yalnız adi silahlarla belə silahlı qarşıdurmaya girməyimiz tamamilə əbəsdir”.
“AzPolitika.info”


Şərhlər