Menu

AZAL, “Wizz Air” və “British Airways” Təl-Əvivə uçuşları dayandırıb

24.09.2024, 10:15
AZAL, “Wizz Air” və “British Airways” Təl-Əvivə uçuşları dayandırıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL), eləcə də “Wizz Air” (Macarıstan) və “British Airways” şirkətləri İsrailin paytaxtı Təl-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına uçuşları dayandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail televiziyasının “12-ci kanal”ı məlumat yayıb.

Məlumata görə, bu günə planlaşdırılan uçuşlar İsraillə Livanın “Hizbullah” hərəkatı arasında münaqişənin kəskinləşməsi səbəbindən ləğv edilib. Uçuşların nə vaxt bərpa ediləcəyi dəqiqləşdirilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol