Menu

İtaliyanın müdafiə naziri Azərbaycana gəlib

24.09.2024, 10:22
İtaliyanın müdafiə naziri Azərbaycana gəlib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 24-də Bakıya gəlib.

Bu barədə Azərbaycan MN məlumat yayıb. İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov və Nazirliyin digər rəhbər heyəti qarşılayıb. İtaliyalı qonaq ölkəmizdə səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol