ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin ABŞ-yə səfərini mənfi qarşılayıb və onu “tarixin ən böyük ticarətçisi” adlandırıb.
“AzPolitika” xəbər verir ki, “Bloomberg”-in yaydığı məlumata görə, Tramp bazar ertəsi Pensilvaniyadakı mitinqdə Ukrayna siyasətinə “fərqli” yanaşacağını deyib: "Görürəm ki, Zelenski buradadır. Məncə, Zelenski tarixin ən böyük ticarətçisidir. O, hər dəfə ölkəyə gələndə 60 milyard dollarla gedir".
Tramp əlavə edib ki, Zelenski onun rəqibi Kamala Harrisin seçkidə qalib gəlməsini “çox istəyir”. O, yenə təkrarlayıb ki, seçkidə qalib gələrsə, Ukrayna və Rusiyanı danışıqlara sövq etməyə çalışacaq: “Əgər bu seçkidə qalib gəlsəm, ilk işim Zelenskiyə və Putinə zəng etmək olacaq. Onlara deyəcəm ki, razılaşma əldə etməlisiniz. Bu, ağılsızlıqdır”.
“AzPolitika.info”


Şərhlər