Menu

Azərbaycan və Ukrayna XİN rəhbərləri görüşüb

24.09.2024, 17:00
Azərbaycan və Ukrayna XİN rəhbərləri görüşüb

Azərbaycan və Ukrayna XİN rəhbərləri görüşüb.

"AzPolitika" Azərbaycan XİN-ə istinadən xəbər verir ki, 24 sentyabr 2024-cü il tarixində BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri ilə Andrey Sibiqa ilə görüşüb.

Tərəflər Azərbaycan və Ukrayna arasında münasibətlərin siyasi, iqtisadi, enerji, mədəni və humanitar aspektlərini müzakirə ediblər.

Məlumatda bildirilib ki, görüşdə həmçinin regionda mövcud vəziyyət və COP29-a sədrlik çərçivəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol